Niyə bəzi insanlar dəfələrlə koronavirusa yoluxur, bəziləri isə heç vaxt xəstələnməyib?
10 iyul 2022 16:02 (UTC +04:00)

Niyə bəzi insanlar dəfələrlə koronavirusa yoluxur, bəziləri isə heç vaxt xəstələnməyib?

0

Bəzi insanlar son iki ildə dəfələrlə koronavirusa yoluxub, bəziləri isə heç vaxt xəstələnməyib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bəzi immunoloqlar hesab edirlər ki, bəzi insanların bu “keçilməzliyi”nin səbəbi təbii immunitetdir.

Böyük Britaniyada tədqiqat aparılır, müəllifləri bəzi insanların, hətta pandemiya başlamazdan əvvəl də koronavirusla mübarizə apara biləcək antitellərə sahib olub-olmadığını anlamaq istəyirlər.

Alimlərin fikrincə, belə insanların qanı və hüceyrələri immunitetin mahiyyətini daha yaxşı anlamağa, həmçinin koronavirusun istənilən variantına qarşı effektiv peyvəndin yaradılmasına kömək edə bilər.

Bu, yoluxmuş insanların koronavirusa qarşı immunitetinin olmadığı anlamına gəlirmi? Xeyr. London İmperial Kollecinin immunologiya professoru Denni Altmann dediyi kimi belə deyil.

Onun sözlərinə görə, peyvəndləməyə baxmayaraq baş verən infeksiya bir sıra amillərlə izah edilə bilər. Müəyyən bir immunitet təmin edən peyvəndin "universal" toxunulmazlıq yaratmadığını başa düşmək vacibdir.

Pandemiya dövründə koronavirusa qarşı təbii immunitetin olub-olmadığını anlamaq cəhdləri artıq edilib. Xüsusilə, London Universitet Kollecinin tibb işçiləri arasında yoluxma hallarını tədqiq edən alimlər müəyyən ediblər ki, bəzi insanlar “abort infeksiyaları” adlanan xəstəlikdən əziyyət çəkirlər.

Onların koronavirusa qarşı antitelləri yox idi, lakin T hüceyrələrinin sayı orta səviyyədən yuxarı idi - bu, onların orqanizmlərinin virusu zərərsizləşdirərək, onun orqanizmə dərin nüfuz etməsinə mane olduğunu göstərirdi. Başqa sözlə, onlar xəstəlikdən sonra peyvənd olunmadan koronavirusla mübarizə apara biliblər - yəni təbii immunitetə malik olublar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2025

Oxşar yazılar