Metro sistemi olan  ən kiçik şəhər:  140 mindən az əhali
19 mart 2024 09:57 (UTC +04:00)

Metro sistemi olan ən kiçik şəhər: 140 mindən az əhali

Postsovet ölkələrinin bir çox sakinləri düşünürlər ki, şəhərdə metronun olması qəsəbənin çox böyük olduğunu və "milyondan çox əhali” statusuna malik olduğunu göstərir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, lakin dünyada metro sistemləri olan bir neçə nisbətən kiçik şəhərlər var.

Nümunə olaraq Fransanın Lill və Renn şəhərlərini (əhalisi 250 mindən az) göstərmək olar.

Böyük Britaniyanın Nyukasl şəhərində də (280 min əhali) bir metropoliten var.

Amma bu baxımdan real rekordçu İsveçrənin Lozanna şəhəridir. Lozanna metrosu ötən əsrin 90-cı illərinin əvvəllərində istifadəyə verilib. Lozanna metrosu iki xəttdən və 28 stansiyadan ibarətdir. Şəhərdə cəmi 138 min insan yaşayır.

Onu da vurğulamaq yerinə düşər ki, Lozanna metrosu hələ də İsveçrədə yeganədir. Sürix və Cenevrədə metro yoxdur.

# 3741
avatar

Fidan İlqar

Oxşar yazılar