ABŞ-ın Kaliforniya Universitetinin əməkdaşları yeni kəşf etdikləri qırxayaq növünə məşhur müğənni Teylor Sviftin adını veriblər.
Lent.az-ın xəbərinə görə, buğumayaqlılar fəsiləsindən olan yeni növ canlı bu yaxınlarda Tennesi ştatında aşkar edilib.
Canlı Teylor Sviftin şərəfinə latın dilində “Nannaria swiftae” adlandırılıb. Təqdidat qrupunun rəhbəri bildirib ki, o, gənc müğənninin fanatıdır və bu kəşfini özü üçün böyük qürur hesab edir.