Mərmi aparan ABŞ vətəndaşı aeroportda saxlandı -VİDEO
01 may 2022 01:46 (UTC +04:00)

Mərmi aparan ABŞ vətəndaşı aeroportda saxlandı -VİDEO

1

Dünyanın ən ciddi mühafizə olunan obyektlərindən hesab edilən İsrailin Ben-Qurion hava limanında qeyri-adi hadisə baş verib.

Lent.az-ın xəbərinə görə, yoxlama zamanı ABŞ-dan olan ailənin çantasında partlamamış mərmi aşkar edilib.

Təhlükəsizlik xidməti dərhal binanın boşaldılması barədə göstəriş verib və bu da çaxnaşma yaranmasına səbəb olub. Sıxlıq nəticəsində 2 nəfər xəsarət alıb.

Lakin polis mərmini təhlükəsiz şəkildə binadan çıxarıb və hava limanının fəaliyyəti bərpa olunub. Mərmi aparmağa cəhd edən amerikalı ailə də vaxtında təyyarəyə minə bilib.

Qeyd edək ki, 1969-1973-cü illərdə İsrail-Suriya müharibəsinin baş verdiyi ərazilər bu gün də turistləri cəlb edir. Onlar buradan xatirə olaraq partlamış mərmi qırıqlarını xatirə olaraq aparırlar. İsraildə belə metal parçararının daşınması cinayət hesab edilmir.

Budəfərki döyüşə yararlı mərmini isə ailənin 8 yaşlı qızı taparaq çantaya qoyub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2329

Oxşar yazılar