Lidersən, yoxsa yaradıcı - Şəxsiyyət testi
29 aprel 2024 18:41 (UTC +04:00)

Lidersən, yoxsa yaradıcı - Şəxsiyyət testi

Lent.az növbəti psixoloji testi təqdim edir. Fiqurlardan birini seç və necə xarakter sahibi olman barədə məlumat al.

Üçbucaq liderlik xarakterindən xəbər verir. Parlaq enerji və güclü şəxsiyyət sahibləri bu fiquru seçir. Bu adamlar stressə, rəqabətə davamlıdırlar, insanları asanlıqla manipulyasiya edirlər.

Kvadrat seçənlər zəhmətkeş və praktiki insanlardır. Onlar informasiyanı sistemləşdirməyi, səliqə-sahmanı sevir, əhatə dairələrini diqqətlə seçirlər. Bu fiquru seçənlər adət etdikləri komfort çevrəsindən çıxmağı sevmirlər.

Düzbucaqlı seçənlər dəyişiklik ərəfəsində olan insanlardır. Onlar özlərini təkmilləşdirmək, daha yaxşı yerlərə nail olmaq uğrunda səy göstərənlərdir. Bu adamlar öyrənməyə və ünsiyyətə meyllidirlər.

Dairə seçənlər sülhməramlı və anadangəlmə psixoloqdurlar. Onlar yalanı yaxşı hiss edir, insanlarla rahat ünsiyyət qururlar. Onlardan rəhbər çıxmır, çünki çox mərhəmətlidirlər. Qərar verməkdə çətinlik çəkən, konfliktlərdən uzaq duran çox humansit insanlardırlar.

Ziqzaq işarəsini seçənlər yaradıcı və kreativ düşüncəli adamlardırlar. Bu adamlar daima başqalarının  onları təqdir eləməsinə, bəyənməsinə ehtiyac duyurlar. İstənilən fikri böyüdüb, çiçəkləndirib maraqlı ideya halına sala bilirlər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5082
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar