Kənddə evlənmək üçün  qız qıtlığı:   Oğlanlar  etiraz yürüşü   keçirəcək
14 noyabr 2023 19:49 (UTC +04:00)

Kənddə evlənmək üçün qız qıtlığı: Oğlanlar etiraz yürüşü keçirəcək

Hindistanın cənub-qərbindəki Karnataka ştatında fermerlər kənddə evlənmək üçün qız qıtlığı barədə ictimaiyyəti məlumatlandırmaq üçün yürüş keçirməyi planlaşdırırlar.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, fermerlərin fikrincə, ölkədə qadınların və onların ailələrinin kənd həyatına bağlanmaq istəməməsi nəticəsində “nikah böhranı” hökm sürür.

“Biz heç bir cehiz istəmirik. Biz onlara - potensial arvadlara- kraliça kimi yanaşırıq. Amma buna baxmayaraq, ailələr qızlarını bizə vermək istəmirlər”, - 30 yaşlı fermer Santoş bildirib. Onun sözlərinə görə, dekabrda keçirilməsi planlaşdırılan yürüşün məqsədi bu sosial problemə diqqət çəkməkdir.

Son illərdə Hindistan kəndlərində toyların sayı iki dəfə azalıb. Hətta fermer atalar da qızlarını qonşu oğlanlara ərə vermək istəmirlər, qızları şəhərlərə oxumağa göndərirlər və ya ciddi peşəsi, sabit gəliri olan şəhər sakinləri arasında özünə uyğunlarını axtarırlar.

Nəticədə arvad tapmaq çoxlu fermerlərə, bəzən hətta illər deyil, onilliklər tələb edir. Bu problem çox vaxt intihara səbəb olur.

Hindistanda fermerlərin ümumi sayının orta hesabla 100 milyon olduğu təxmin edilir. Hesablama və qeydiyyat üsulları və sistemləri müxtəlif olduğundan rəsmi mənbələrdə dəqiq rəqəm verilmir.
 

# 30690
avatar

Oxşar yazılar