Kartof ən populyar və sevilən tərəvəzlərdən biridir və demək olar ki, hər bağda əkilir. Lakin bol məhsul almaq üçün müəyyən qaydalara riayət etmək lazımdır. Təcrübəli bağbanların tövsiyələri ilə kartofun düzgün əkilmə və yetişdirilmə üsullarını öyrənək.
Lent.az kartofdan daha çox məhsul almaq üçün əsas qaydaları təqdim edir:
1. Keyfiyyətli toxum seçimi
Kartof növünü iqlimə uyğun seçmək – Hər bölgənin iqlim şəraitinə uyğun kartof növləri var. Düzgün seçim xəstəliklərə və hava şərtlərinə davamlılığı artırır.
Toxum kartofunun çəkisi 50-80 qram olmalıdır – Əgər kartof çox böyükdürsə, onu kəsmək və hər hissədə ən azı 2 göz olmasına diqqət etmək lazımdır.
2. Qidalandırıcı məhlulda saxlamaq
Kartofun cücərməsini və inkişafını sürətləndirmək üçün ona xüsusi qidalandırıcı məhlul tətbiq etmək lazımdır.
Hazırlanması
10 litr suya 40 qram kalium duzu, 40 qram azot gübrəsi və 40 qram superfosfat əlavə edin. Kartofları əkilmədən 1 gün əvvəl bu məhlulda isladın.
Bu üsul cücərməni sürətləndirir və məhsuldarlığı artırır.
3. Torpaq və günəş şüası
Kartof üçün ən uyğun yer hündür ərazilərdir. Sətirlər şimaldan cənuba yönəldilməlidir, çünki belə olduqda kartof maksimum günəş işığı alır və daha yaxşı inkişaf edir.
4. Düzgün gübrələmə
Kartof fərqli inkişaf mərhələlərində müxtəlif qida maddələrinə ehtiyac duyur.
Bitkinin ilkin inkişaf mərhələsində
Azotlu gübrələr (məsələn, karbamid (mocovina), ammonium nitrat və ya toyuq peyini) – kartofun yaşıl hissəsinin (yarpaq və gövdənin) inkişafını sürətləndirir.
Kök yumruların (kartofun) inkişaf mərhələsində
Kalium və fosfor tərkibli gübrələr istifadə edilməlidir, çünki bu elementlər kartofun daha böyük və dadlı olmasını təmin edir.
5. Zərərvericilərdən və xəstəliklərdən qorumaq
Əkindən əvvəl kartofları zərərvericilərə və göbələk xəstəliklərinə qarşı dərmanlamaq lazımdır. Kolorado böcəyinə qarşı kartofun böyümə dövründə mütəmadi olaraq xüsusi bioloji və ya kimyəvi preparatlarla püskürtmək məsləhət görülür.
6. Doğru bitki qonşuluğu – "Yaxşı qonşular"
Noxud (naxat) kartofun məhsuldarlığını artırır.
Məxməriçiçəyi (Tagetes) və sarımsaq kartof sahəsinə əkilərsə, zərərvericiləri uzaqlaşdırır.
Nəticə
Keyfiyyətli toxum kartof seçin və düzgün iqlimə uyğunlaşdırın.
Kartofu qidalandırıcı məhlulda isladın ki, cücərmə sürətlənsin.
Torpağın yerləşməsinə və günəş işığına diqqət edin.
Kartofun inkişaf mərhələsinə uyğun gübrələr istifadə edin.
Zərərvericilər və xəstəliklərə qarşı qabaqlayıcı tədbirlər görün.
Kartofu faydalı qonşu bitkilərlə əkin.