İtlər yağışdan qorxurlar?  - Alimlər məşhur mifi dağıtdılar
23 may 2024 16:33 (UTC +04:00)

İtlər yağışdan qorxurlar? - Alimlər məşhur mifi dağıtdılar

Ev heyvanları arasında pişiklərin sudan qorxduğuna inanılır. Ancaq itlər nəinki sudan və yağışdan qorxmur, həm də onlar suyun altında dayanmaqdan zövq alırlar. 

Lent.az xəbər verir ki, insanlar belə düşünsə də, həqiqət bu deyil. 

Çünki bəzi it cinsləri çöldə yağış yağsa, gəzintiyə çıxmaqdan belə imtina edir.

Tədqiqatçıların fikrincə, səbəb zəif immunitet sistemi və ya itin yağışlı havada xəstələnmək qorxusu deyil. Məsələ odur ki, yağış itlərin görmə, eşitmə və qoxu hisslərinə yaxşı təsir göstərmir. 

Birincisi, bu, həssas eşitmə qabiliyyəti olan cinslərə, yəni ultrasəs aşkar edə bilən itlərə aiddir. Onlar üçün yağışın səsi yüksək və hətta bezdirici görünür. İkincisi, itlərin görmə xüsusiyyətlərinə görə, buludlu havada və yağış zamanı onların vəziyyətə nəzarət etməyi çətinləşir. Belə havalarda həmin itlərin cisimləri aydın görmədiyi ehtimal olunur. 

Üçüncüsü isə yağış yağanda itlər xüsusilə qoxulara qarşı həssas olurlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1335
avatar

Sevinc Fərid

Oxşar yazılar