İnsanları yerindən atan  yataq hazırlandı – VİDEO
09 oktyabr 2023 17:35 (UTC +04:00)

İnsanları yerindən atan yataq hazırlandı – VİDEO

Gənc mühəndislərdən biri olan Colin Furza qəribə bir yataq hazırlayıb. 

Lent.az xəbər verir ki, bu yeni çarpayı səhərlər zəngli saat çalan zaman insanları yerindən atır və gedəcəkləri yerə gecikməyə mane olur. 

Yeni hazırlanan katapult yatağı səhərlər “beş dəqiqə də yatım” deyənlərə imkan verməyəcək.

Cihaz ixtiraçının qarajında yığılıb və onun yaradılması ideyası mühəndisə “YouTube” istifadəçiləri tərəfindən təklif olunub.

Furza özü, yayımlanan videoya görə, katapult yatağını sınaqdan keçirib. Ancaq ondan müntəzəm istifadə edib-etməyəcəyi məlum deyil.

Yataqda səhər qalxmağın şiddətini tənzimləyən bir neçə iş rejimi var. Sonuncu səviyyə “MAX” adlanır və şpalı yüksək səslər, parlaq siqnallar altında olan katapult kimi fəaliyyət göstərir.

 

# 3642
avatar

Sevinc Fərid

Oxşar yazılar