İnsanı xoşbəxt edən ÜÇ AMİL... 
16 iyul 2022 09:07 (UTC +04:00)

İnsanı xoşbəxt edən ÜÇ AMİL... 

0

Moskva Psixoanaliz İnstitutunun psixoterapiya və psixoloji konsultasiya kafedrasının dosenti, psixoterapevt Vladimir Fainzilberq insan xoşbəxtliyinin üç amilini açıqlayıb.

Lent.az-ın məlumatına görə, ekspert bildirib ki, insanı xoşbəxt edən ən əsas amil ailədir. 

Digər iki amil isə insanın müəyyən bir sahədə fəaliyyətini peşəkarlığa istiqamətləndirməsi və gələcəyə inamla baxmasıdır.

Psixoterapevt izah edir ki, ailəsi və uşaqları olan insanları xoşbəxt hesab etmək olar:

“Çünki nəsil artırmaq insanın əsas məqsədidir. Peşəkar fəaliyyətə gəldikdə, deyə bilərəm ki,  bu, birbaşa insanın gəlir səviyyəsindən asılıdır. Ona görə də fəaliyyət sahəsində və gəlir səviyyəsində məmnunluq varsa, insan özünü xoşbəxt hiss edəcək”.

Fainzilberq, eyni zamanda ölkədə və dünyada mövcud olan siyasi vəziyyəti gələcəyə inamla əlaqələndirib: 

“Bu məsələ xüsusilə gəncləri və 17 yaşdan 45 yaşa qədər olan insanları narahat edir. Bu gün bir psixoterapevt kimi qeyd edə bilərəm ki, 17 yaşdan 45 yaşa qədər çoxlu sayda gənc gələcəklə bağlı çox güclü qeyri-müəyyənlik yaşayır. Onlarda çaşqınlıq var, dünyada nə baş verdiyini anlamırlar”. 

Onun sözlərinə görə, gələcəklə bağlı narahatlıq keçirən insanların sayı koronavirusun nəticələrini üstələyir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2278

Oxşar yazılar