İlk görüşdə necə cəlbedici görünməli
26 iyun 2022 15:51 (UTC +04:00)

İlk görüşdə necə cəlbedici görünməli

İlk görüşdə necə cəlbedici görünmək olar? – MARAQLIDIR

Psixoloqların fikrincə, ilk görüşü təşkil etmək asan, sonrakı görüşlər isə qeyri-müəyyəndir. Çünki ilk görüşdən sonra fikirlər dəyişə və ya xəyal qırıqlığı yarada bilər. Ona görə də görüşün təsirli olmasına dair formulu sizinlə paylaşacağıq. Taktikaların nə dərəcədə təsirli olacağı yoxlamağınızdan asılıdır. 

Lent.az qadınlar üçün ilk görüşdə təsirli və cəlbedici görünməyə kömək edəcək taktikaları sizə təqdim edir:

1.    İlk olaraq, maksimum rahat, dekoltesi o qədər də bilinməyən, bədən quruluşunuzu və gözəlliyinizi ön plana çıxaracaq ipək, kətan, atlas parçalardan tikilən geyimlərə - don, midi ətəklərə üstünlük verin. 

2.    Vizuallığınızda ağ, qırmızı, çəhrayı və s. kimi rəngləri vurğulayan geyimlər geyinin.



3.    Özünəməxsus qoxusu olan, xüsusən, “imza” ətir deyilən sizi ifadə edən və o biri görüşlərdə də istifadə edəcəyiniz ətri mütləq üzərinizdə daşıyın. Çalışın, tərkibində vanil, sandal ağacı, portağal, yasəmən, qızılgül kimi təsir gücü yüksək olan, nə çox şirin, nə də tünd olmayan ətir seçin.


4.    Əmin olun, “Nude” və ya fransızsayağı makiyaj etmək ən ideal seçimdir. Saçlarınız açıq və ya üz quruluşunuza uyğun yığıla bilər. Aksesurlardan abartılı istifadə etməyin: boyunbağı, sırğa qadınlığınızı ortaya çıxaracaq. Dırnaqlarınız mütləq baxımlı olsun, danışarkən jestlərdən bir qədər istifadə edin. 


5.    Qadınlığınızı ön plana çıxaracaq və enerjinizi yüksəldəcək bir taktika – qızılgül yağını biləklərinizə, qulaqlarınızın arxasına çəkin. Qızılgül yağından başqa, portağal, sandal ağacı, vanil, ylang-ylang yağlarını da yoxlaya bilərsiniz. Evdən çıxmazdan əvvəl qızılgül qurusunu yandırın. 


6.    Görüşə çalışın gecikməyəsiniz. Vaxtından tez də getməyin. Ən ideal hal 4-5 dəqiqə gec getmək hesab olunur. 


7.    Görüş müddətində telefona çox az baxın. Söhbət açan tərəf siz olmayın, sirli görünməyə çalışın. Özünüz haqqında dərin məlumatlar verməməyiniz məsləhətlidir. Qarşı tərəfi mənfi enerji ilə yükləməyin, “güzgü effekti” yaratmağa çalışın. Onun ilk hərəkətini gözləyin, etdiyi hərəkəti təkrarlayın. Beləcə, onun şüuraltında sizin ona necə də uyğun olduğunuzu düşünəcək. Kişi psixologiyası...


8.    Sakitçilik yaranarsa, uzun müddət davam etməməsi üçün sadəcə gözlərinin içinə baxıb gülümsəyin. 


9.    Qadınlıq enerjisi daha çox boyunda, sinədə, biləklərdə və s. yerlərdə olduğu üçün həmin yerlərə ehmalca toxunuşlar edin. Dodağınızı dişləməyin, saçınızla təması azaldın. Bədən dilindən xəbərdar olub görüşə getməyiniz məsləhətlidir. Bu, qızılgül qoxusunun yayılmasına da yardım edəcək. Boyunun açıqda qalması qadınlığınızla bərabər sizin cəlbedici görünməyinizə təsir edəcək. 


10.    Görüşü dadında bitirin ki, nələrinsə yarımçıq qaldığını hiss etsin. Çox yaxın fiziki təmasdan qaçın. Görüşdən sonra o, sizə nəsə yazmasa, heç nə yazmayın. 


 

# 2361
avatar

Nigar Namiq

Oxşar yazılar