İlk dünya gözəlləri -  FOTO
22 sentyabr 2021 05:16 (UTC +04:00)

İlk dünya gözəlləri - FOTO

1888-ci il sentyabrın 19-da Belçikanın kurort şəhəri Spada ilk dünya gözəli yarışmasının finalı baş tutub.
 
Lent.az müasir tarixin ilk gözəllərinin necə göründüyünü xatırladır.
 
Berta Sukare

1888-ci ildə Belçikada keçirilən ilk dünya gözəllik yarışmasında qvadelupalı kreol etnik icmasından olan 18 yaşlı Berta Sukare qalib gəlib. Qız müsabiqədə iştirak etmək üçün müraciət edən 350 namizəd arasında ən yaxşısı olub.

Berta mükafat olaraq 5 min frank alıb. Gözəllik kraliçasının tacı daha sonra icad edilib.
 
Marqaret Qorman

İlk dəfə 1921-ci ildə keçirilən və bu gün də mövcud olan “Miss Amerika” yarışması beynəlxalq ola bilməyib. Lakin gələcəkdə bütün oxşar milli və beynəlxalq tədbirlərin standartlarını hazırlayan o idi.

Bu yarışmanın qalibi Vaşinqtondan 16 yaşlı Marqaret Qorman olub. Tezliklə qız daha bir neçə gözəllik yarışmasında qalib gəlib, sonra evlənib. Marqaret 1995-ci ildə 90 yaşında vəfat edib.

Kiki Hokanson
 

Kiki 1951-ci ildə Londonda keçirilən “Dünya gözəli” yarışmasının ilk qalibi olub. İsveçi təmsil edib və tacqoyma mərasimində bikini yarışmasının yeganə qalibi olub. Qız hədiyyə olaraq 1000 funt sterlinqlik bir çek və boyunbağı alıb.

Armi Kuusela

1952 -ci ildə ilk dəfə Kaliforniyada “Miss Universe” (illik beynəlxalq gözəllik müsabiqəsi) müsabiqəsi keçirilib. Müsabiqənin ilk qalibi Finlandiyadan olan 17 yaşlı Armi Kuusela olub. Müsabiqədə 30 ölkəni təmsil edən qızlar iştirak edib.

Stella Markes

Kolumbiyadan olan 23 yaşlı Stella Markes “Miss İnterneşnl” tarixində bu müsabiqənin ilk qalibi olub. 1960-cı ildə Kaliforniyada keçirilən yarışmada qalib gəlib. Qız sonradan filippinli biznesmenə ərə gedib və “Miss Filippin” milli müsabiqəsini təşkil edib.
 

# 2814
avatar

Oxşar yazılar