“İlin quşu” müsabiqəsində yarasa qalib gəldi
03 noyabr 2021 19:41 (UTC +04:00)

“İlin quşu” müsabiqəsində yarasa qalib gəldi

Yeni Zelandiyada mütəmadi olaraq keçirilən “İlin quşu” müsabiqəsində tarixdə ilk dəfə olaraq yarasa qalib olub. 

Lent.az xarici mediaya istinadla bildirir ki, səsvermə prosesi sosial şəbəkələrdə qızğın müzakirələrlə müşayiət olunub və onun nəticələri həm sevindirici, həm təbriklərə, həm də “açıq-aşkar saxtakarlıq” kimi ədəbsiz ittihamlara səbəb olub.

Təşkilatçılar Pekapeka uzunquyruq yarasasını “2021-ci ilin quşu”na namizəd kimi irəli sürdükdə, bu, Yeni Zelandiya ictimaiyyətini şoka salıb: axı yarasalar adətən quşlar deyil, məməlilər kimi təsnif edilir.

Bundan əlavə, son iki il ərzində yarasaların reputasiyasına onların koronavirusu bütün dünyaya yaya biləcəyinə dair şübhələrə görə mənfi təsir göstərib.

Bununla belə, açıq onlayn səsvermə göstərib ki, bütün dünyada quş həvəskarları qərəzi bir kənara atıb zoologiyanın formalaşmış anlayışlarına qarşı çıxmağa hazırdırlar.

Yarışmada Pekapek yarasasına 7 mindən çox insan səs verib. Onlayn səsvermədə isə ümumilikdə 57 minə yaxın insan iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5478
avatar

Oxşar yazılar