Heyvanlar üçün yaratdılar, insanlar işlədir? – Belə yaranıb
06 iyul 2022 17:38 (UTC +04:00)

Heyvanlar üçün yaratdılar, insanlar işlədir? – Belə yaranıb

Filankəsin adı  filan sahədə brend olub, filankəs brenddir. Filan firmanın məhsulları brenddir, hansısa varlı xanım yalnız  brend  mallar geyinir. Bu kimi ifadələr son illər dilimizdə çox işlənir. Daha havalı, daha nüfuzlu görünmək istəyənlər brenddən  tez-tez istifadə edirlər. Kimisi brend maldan, gücü yetməyən də brend sözünün özündən. Bəs nədir axı bu brend?

Brend deyiləndə hər hansı şirkətin və ya məhsulun özünəməxsus və onu bazardakı digər rəqiblərdən fərqləndirən ad və ya imici nəzərdə tutulur. Brendinq keyfiyyətdə, qiymətdə və komfortda unikal olmaqdır. Şirkətin və ya məhsulun brendi onun: adı, loqosu, sloqanı, rəngi, melodiyası ola bilər.


Əslində şəhərlilərin yaratdığı ifadə kimi görünsə də  brendi kəndlilər yaradıblar, bu söz damğa sözündən götürülüb.
"Brend" kəlməsi qədim skandinav dilindəki "Brandr" sözündən törəyib, "yandırmaq, alov, dəmir damğa" kimi tərcümə olunur. Heyvan sahibləri heyvanlarını başqa çobanların mal-qarasından ayırmaq  üçün onların arxa hissəsinə  öz hazırladıqları damğaları basırdılar.  Atın, eşşəyin, donuzun, qoyunun, keçinin, bir sözlə hər bir ev heyvanının brendi olurdu. İnsan heyvan üçün yaratdı, sonra özü  istifadə etməyə başladı.

# 2232
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar