Günəş  digər planetlərdə   necə görünür?
02 may 2022 19:59 (UTC +04:00)

Günəş digər planetlərdə necə görünür?

0

 Dizayner Ron Miller elmi məlumatlarla Günəşin parlaqlığını və məsafəsini hesablayaraq Günəşin qonşu planetlərdə necə görünə biləcəyini açıqlayıb.

Lent.az xarici mediaya istinadla həmin görüntüləri təqdim edir.

Merküri

Merkuri bizim ən kiçik planetimizdir, Günəşdən 58 milyon və Yerdən 92 milyon uzaqlıqdadır (Təəssüf ki, Plutonu planet saymadıq).

Burada görünən Günəşin təsviri çox parlaq və çox böyükdür, çünki o, həm də Günəşə ən yaxın planetdir.

Venera

Günəşə yaxınlığına görə sıralayanda ikinci yeri tutan Venera temperatur baxımından ən isti qonşumuzdur.

O qədər ki, Günəşdən cəmi 108 milyon kilometr uzaqda olmasına baxmayaraq, Yerdən Günəşi aydın görmək demək olar  mümkün deyil. Buna səbəb onun atmosferini örtən çoxlu karbon qazı və püskürən vulkanlardır.

Yer kürəsi

Planetimizdə Günəşin necə göründüyünü bilməyən demək olar ki, yoxdur.

Bu .şəkildə günəş tutulmasını da görə bilərsiniz.

Mars 

Qonşu demək olmur, yaxın gələcəkdə gedib məskunlaşacağımız yeni evimiz olan Marsdakı Günəşin görüntüsünə indidən hazırlaşaq.

O, Yerdəkindən bir qədər kiçik və görünüşcə daha az parlaqdır. Ümid edirik ki, o, bizi çox tərlətməyəcək.

Yupiter 

Günəşdən  779 milyon kilometr aralıda, sistemdəki ən böyük planet titulunu daşıyan nəhəng planetimizin peykindən Günəşin tam görüntüsü bu şəkildədir.

Təbii ki, boş yerə nəhəng demirik.
 
Satürn 

Ətrafındakı halqalardan da göründüyü kimi, bu foto Saturna aiddir. Günəşə 1,43 milyard kilometr uzaqlıqdadır. Ona görə də Günəş kiçik bir nöqtə kimi görünür.

Saturnda görə biləcəyiniz ən parlaq Günəş fotoda olduğu kimidir. Dünyada Günəş batdıqda belə daha çox parlaqlıq təmin etdiyini söyləyə bilərik.

Uran

Günəşdən 2,88 milyard kilometr uzaqlıqda və Saturn kimi halqaları olan qonşumuzdur. Buz Nəhəngləri sinfinə aiddir.

Onun halqaları ,adətən 1 metr diametrdə və 10 ədəd olur. Bu xüsusiyyəti məlum olmayan dondurucu planetimizin də 27 peyki var. Bu şəkil də onun peyki Arieldəndir.

Neptün 

Bu, metan, etan və asetilendən ibarət sıx atmosferə malik başqa bir Buz Nəhəngi olan Neptunun peykindən Günəşin və özünün görünüşüdür.

Günəşi planetin içindən görmək mümkün deyil.

Pluton

Kosmosun ən sevimli planeti olan Plutondan Günəş mənzərəsi tam olaraq bu şəkildəki kimidir.

Orada yaşayan qonşularımız olsaydı, onlar hər gün Yer kürəsinin pik saatlarında Günəşlə birlikdə yaşayardılar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3048

Oxşar yazılar