“Game of Thrones”un bütün əşyaları  hərracda satışa çıxarılır -FOTO
07 sentyabr 2024 01:48 (UTC +04:00)

“Game of Thrones”un bütün əşyaları hərracda satışa çıxarılır -FOTO

8 mövsümü ərzində dünyada milyonlarla izləyicisi olan “Taxt-Tac Oyunları” (Game of Thrones) teleserialının bütün kostyum və əşyaları hərracda satılacaq.

Lent.az xəbər verir ki, 2 min əşyanın satılacağı hərracda məşhur dəmir taxtın əridilmiş variantının da olduğu bildirilir.

“Game of Thrones”un 8 sezonunu izlədikdən sonra serialdan suvenir almaq istəyənlər üçün serialın əşyaları satışa çıxarılacaq.

Baş rolda oynayan aktyorlar daxil olmaqla bütün zireh, qılınc və kostyumların “Heritage” hərrac şirkətinin ev sahibliyi ilə oktyabr ayında baş tutacağı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 801
avatar

Oxşar yazılar