Fillərin DİLİ
25 noyabr 2023 01:11 (UTC +04:00)

Fillərin DİLİ

Fillər ən ağıllı heyvanlardandır, elm tərəfindən yaxşı öyrənilib. Lakin bu yaxınlarda beynəlxalq alimlər qrupu əsl sensasiya yaradacaq araşdırma aparıblar: Afrika filləri bir-biri ilə adları vasitəsilə ünsiyyət qururlar. Buna bənzər hal heyvanlar aləmində heç vaxt müşahidə olunmayıb.

Lent.az xəbər verir ki, alimlərin araşdırmasına görə, fillər planetimizdə yeganə heyvanlardır ki, insanlar kimi bir-birinə adlar verirlər. Bu qənaətə alimlər Afrika fillərini öyrənən­dən sonra gəliblər. Cəmi 527 müxtəlif cür səs qeydə alınıb. İlk baxışda bun­lar bizim qulağımız üçün, demək olar ki, eyni səslərdir. 

Fillərin bir-birinə müraciətini, yəni “adları” digər səslərdən ayırd etmək üçün kompüter modelindən istifadə olunub. Alimlər səslərə məntiqi cəhət­dən yanaşıblar. Əgər fillər eyni fili səs­ləyirdilərsə, o halda eyni səsi çıxarırdı­lar və bu səs onun “adı” idi. Deməli, bu qrupun bütün üzvlərinin adları var və məhz adlar vasitəsilə bir-biri ilə təmas qururlar.

Qeyd edək ki, delfinlər və tutuqu­şular da bir-birilərini səsləyirlər. Lakin prinsipial fərq mövcuddur: onlar ad qoymur, yalnız həmin heyvanın çıxar­dığı səsləri imitasiya edirlər. Faktiki olaraq, hər heyvan müəyyən səs çıxa­raraq özünə “ad” qoyur. Fillər isə bir-bi­rinə ad qoyan yeganə heyvandır.

# 3072
avatar

Oxşar yazılar