"Facebook"da da yeniyetmələr üçün xüsusi hesablar sistemi  olacaq
11 aprel 2025 18:02 (UTC +04:00)

"Facebook"da da yeniyetmələr üçün xüsusi hesablar sistemi olacaq

"Instagram"da artıq tətbiq olunan bu sistem indi "Facebook" və "Messenger" platformalarında da istifadəyə veriləcək.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, "Meta" şirkəti daha əvvəl "Instagram" üçün nəzərdə tutulmuş yeniyetmələrə xüsusi hesablar sistemini "Facebook" və "Messenger"ə də tətbiq edəcəyini açıqlayıb. İlk olaraq bu funksiya ABŞ, Böyük Britaniya, Kanada və Avstraliya istifadəçilərinə təqdim olunacaq. Daha sonra isə digər regionlarda da istifadəyə veriləcək.

"Meta"dan bildirilir ki, bu təşəbbüs valideynlərin həyatını asanlaşdırmaq və onların övladlarının təhlükəsizliyinə daha çox əmin olmalarını təmin etmək məqsədi daşıyır. "Instagram"da bu sistem artıq müvəffəqiyyətlə tətbiq olunub və 16 yaşdan kiçik istifadəçilər üçün yeniyetmə hesabları məcburi hala gətirilib.

"Facebook" üçün əsas xüsusiyyətlər

Profil avtomatik olaraq qapalı (private) rejimdə yaradılır. Axtarış imkanları məhdudlaşdırılır. Uyğunsuz tövsiyələr və gecə saatlarında bildirişlər deaktiv edilir. Yeniyetmələr üçün vizual görünüş, pəhrizlər, böyüklərə aid mövzular və zorakılıqla bağlı məzmunların sayı azaldılır. Bu məhdudiyyətlərin dəyişdirilməsi yalnız valideyn icazəsi ilə mümkündür

Messenger üçün yeniliklər

Yeniyetmələrə naməlum şəxslər mesaj yaza bilməyəcək. Yalnız qarşılıqlı izləmə və ya təsdiqlənmiş tanışlıq olduqda mesaj göndərmək mümkündür. Tətbiqdən istifadə müddəti barədə xatırlatmalar və vaxt nəzarəti funksiyaları aktivləşdirilir. "Meta"nın sifarişi ilə Ipsos tədqiqat şirkəti tərəfindən aparılan sorğunun nəticələrinə əsasən. Valideynlərin 94 faizi yeniyetmə hesablarını faydalı hesab edir. 85 faizi bu sistemin uşaqlara proqramda daha yaxşı istiqamət tapmağa kömək etdiyini düşünür. 90 faizdən çoxu təhlükəsizlik funksiyalarının hər birini dəstəkləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 830

Oxşar yazılar