Dünyanın  ən ucqar   oteli
13 oktyabr 2023 23:46 (UTC +04:00)

Dünyanın ən ucqar oteli

Alyaskada yerləşən “Sheldon Shalet” dünyanın ən ucqar oteli hesab olunur.

Lent.az xəbər verir ki, bu yaşayış obyekti buzlaqda, dəniz səviyyəsindən 1767 metr yüksəklikdə yerləşir. Buraya ancaq helikopterlə gəlmək olar. Otel “Hər şey daxil” proqramı çərçivəsində fəaliyyət göstərir. O, şəxsi aşpaz, sauna və bələdçili gəzinti turları təklif edir. 

Otel 5 ulduz kateqoriyasına malikdir və dünyanın ən bahalı otellərindən biridir. Müxtəlif vaxtlarda şahzadə Harri və Səudiyyə Ərəbistanı kral sülaləsinin üzvləri burada qalıblar.

“Sheldon Shale”in əsas rəqibi Antarktidada yerləşən “White Desert Hotel”dir. O, uçuş-enmə zolağı ilə təchiz olunub, bura­da istirahət edənlər paytaxt Keyptaundan təyyarə ilə çatdırılır.

# 3753
avatar

Oxşar yazılar