Dünyada pulun lazım olmadığı  TƏK YER: Sakinləri yuxudakı qədər xoşbəxtdirlər
12 oktyabr 2023 20:15 (UTC +04:00)

Dünyada pulun lazım olmadığı TƏK YER: Sakinləri yuxudakı qədər xoşbəxtdirlər

Modern dünyada siyasət, din və iqtisadiyyat üçlüyü bəşəriyyətin idarəçiliyini ələ alıb. Və bu anlayışların hökmran olduğu dünyada yaşamaq heç də asan deyil. Lakin dünyada bu anlayışlardan uzaq, utopik kimi görünən bir cəmiyyət yaşayır.

Lent.az xəyalların şəhəri barədə məlumat verir.

Adı Avrovill olan bu şəhərdə insanlar özlərini çox azad hiss edirlər. Avrovilldə pul yoxdur, hər kəs öz inancını yaşayr, özəl mülkiyyət anlayışı da sıfır səviyyəsindədir.

Bu cəmiyyətin qurucusu, daha doğrusu ideya müəllifi hindistanlı filosof  Aurobindo Akroyd Goşdur. O, ömrü boyu utopik bir cəmiyyət arzusu ilə yaşadı. Xəyallarını isə tələbələri həyata keçirdi. Onun tələbəsi Mirra Alfassa 1964-cüildə rəhbərlik etdiyi dərnəkdəki insanlarla birlikdə xəyalların şəhərini qurmağa qərar verdi.

Hindistanın Tamil Nadu vilayətində qurulan, 20 hektar ərazini əhatə edən və Avrovill adı verilən şəhərin inşası 1968-ci ildə başa çatdı. Xəyalların şəhərində hazırda 50 min insan yaşayır.

Şəhərin adı fransız dilindən götürülüb, “şəfəq şəhəri” anlamını verir. Şəhər insanları birlikdə çalışıb, birlikdə məhsul istehsal edir və onunla yaşayırlar. Burda işləmək maaş qarşılığında deyil. Hər kəs cəmiyyətə əlindən gələni verir, ehtiyacı olan qədər alır.

Bütün məkanlar ortaq şəkildə istifadə olunur, cəmiyyətin qərarları birlikdə alınır. Hər kəs öz dinini sərbəst yaşayır, dini məbədlər yoxdur.

Lakin Avrovillin sakinləri başqa şəhərlərin insanları ilə də əlaqə qura bilirlər. Bu şəhərdə insanların azadlığına qadağa qoyulmur. 

Şəhərin mərkəzi Matrimandir adı verilmiş sükut günbəzidir.

Binanın ətrafında 4 fərqli bölgə var. Bu sənaye, mədəniyyət, elm və təhsil bölgələridir. Hərə öz qabiliyyətinə uyğun bir sahə seçir və o bölgədə məşğul olur.

Avrovill barədə çəkilmiş sənədli filmdə böyüklü-kiçikli hamının işlətdiyi ortaq bir cümlə var - Sanki yuxudayıq.

# 15240
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar