Dörd ölkənin adını daşıyan "laməkan" hind quşları barədə maraqlı faktlar
29 noyabr 2023 10:27 (UTC +04:00)

Dörd ölkənin adını daşıyan "laməkan" hind quşları barədə maraqlı faktlar

Amerikada və Avropada yeni il gecəsi süfrələri mütləq şəkildə hind quşu əti bəzəyir.

Lent.az-ın xəbərinə görə, avropalıların 87%-i Miladın ənənəvi qızardılmış hind quşu olmadan yaxşı keçməyəcəyinə inanırlar. Təkcə İngiltərədə hər Milad günü 10 milyon hind quşu yeyilir.
Bəs nə üçün məhz hind quşu? Bu ənənə  1850 –ci ildə Britaniya kral ailəsinin süfrəsinə qu quşu əti yerinə hind quşu əti  qoyulması ilə möhkəmlənib. Kral VII Henry Milad günündə hind quşu yeyən ilk şəxs idi.

Əvvəllər sadə ailələrdə hind quşu ətini qaz əti əvəzləyirdi. İnəklərdən süd, toyuqlardan yumurta əldə edən fermerlər inək və toyuğun əvəzinə hind toyuğu yeyirdilər. Hind quşları bu gün ilə müqayisədə daha ucuz hesab olunurdular. 

Hind quşu hər ölkədə fərlqli şəkildə adlanır.

Avropalılar Hind toyuğuna türkey deyir. Çünki onlara bu quşlar Osmanlı dönəmində Türkiyə ticarət yolları vasitəsilə gedib çıxıb. Türkiyəyə isə bu quşlar Hindistandan gəlib. Onlar hind quşuna hindi deyirlər. Hindistanda hind quşunun adına Peru deyirlər. Cənubi Ameriakdan gəmilərlə Hindistana gedib çıxıb. Malayzalılar ona Hollandiya toyuğu, kambocalılar Fransız toyuğu deyir.

Bir sözlə hər ölkədə fərqli bir ölkənin adını daşıya bu quşların vətəni yoxdur, daha doğrusu elə bütün ölkələr onların vətənidir.
 

# 9969
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar