DİQQƏT!   Oğlu olan valideynlər daha tez qocalır
27 mart 2023 14:55 (UTC +04:00)

DİQQƏT! Oğlu olan valideynlər daha tez qocalır

Araşdırmalara görə, oğlan uşağı olan valideynlər daha tez qocalır.

Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, araşdırmalar nəticəsində məlum olub ki, oğlan uşaqlarının böyüdülməsi beynin daha sürətli qocalmasına səbəb olur. 

Tədqiqatda yaşı 50-dən yuxarı olan 13 mindən çox valideyn iştirak edib. Müvafiq olaraq, ən azı bir oğlu olan valideynlərin daha sürətli qocaldığı aşkar edilib. Məlum olub ki, birdən çox oğlu olan insanlar idrak qabiliyyətini yalnız bir qızı olanlara nisbətən daha tez itirirlər.

Sonda tədqiqatçılar qeyd ediblər ki, qız övladının olması insanda stressi və demans riskini azaldır
 

# 1764
avatar

Arzu Qurbanlı

Oxşar yazılar