Dahi adamların 7 əlaməti
08 aprel 2024 15:05 (UTC +04:00)

Dahi adamların 7 əlaməti

Psixoloqların fikrinə görə, aşağıda sadaladığımız 7 əlamət kimdə varsa onları dahi hesab eləmək olar.

Lent.az həmin əlamətləri təqdim edir.

1.Yuxusuzluq. Beynin həddən artıq aktiv olması dahi adamlara yatmağa imkan vermir.

2. Gecələr işləmək qabiliyyəti. Onların ağlına ən gözəl ideyalar gecələr gəlir və daha rahat işləyə bilirlər.

3. Tənhalığı və sakitliyi sevirlər. Səs-küy ideyaların doğulmasına mane olur.

4. Alkoqola meyllilik. Depressiyaya tez düşdüklərinə görə, alkoqolla vəziyyətdən çıxmağa çalışırlar.

5. Dağınıqlıq. O qədər informasiya toplamış olurlar ki, fikirləri və evləri çox dağınıq olur.

6. Özləri ilə danışır, səsli düşünür, suallara cavab axtarırlar.

7. Öz biliklərindən şübhəyə düşmək. Yalnız ən ağıllı adamlar yetərli qədər bilik sahibi olmadıqlarını yaxşı anlayır və qəbul edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5268
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar