3 min il əvvələ aid qızıl maska
24 mart 2021 13:08 (UTC +04:00)

3 min il əvvələ aid qızıl maska

Çində qızıl maska tapıldı

Çinin Sıçuan bölgəsində aparılan elmi-qazıntı işləri zamanı 3 min il əvvələ aid olduğu bildirilən qızıl maska tapılıb.

Lent.az xəbər verir ki, Çin Milli Mədəni Miras İdarəsi maskanın Sıçuandakı Sansinduy qazıntı sahəsində ortaya çıxdığını bildirib.

Əvvəlki tapıntılarla müqayisədə daha böyük nümunə olduğu deyilən maskanın ölçüləri 23x28 santimetrdir. Təxminən 280 qram ağırlığında olan maskanın 84 faizi qızıldan hazırlanıb. Bütövlükdə 500 qramdan çox ola biləcəyi düşünülən maskanın qalan parçaları da tapılarsa, bu, o dövrə aid qızıl məmulatı qalıqları arasında ən ağırı sayılacaq. (TRT Azərbaycan)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2274
avatar

Oxşar yazılar