Cib telefonunu uddu: Hissə-hissə çıxardılar
07 sentyabr 2021 19:12 (UTC +04:00)

Cib telefonunu uddu: Hissə-hissə çıxardılar

33 yaşlı kişi “Nokia 3310” telefonunu udub və 4 gün qarnında gəzib.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, hadisə Kosovonun paytaxtı Priştinada qeydə alınıb. 

Hər şey yaxşı sona çatıb: həkimlər telefonu endoskopdan istifadə edərək hissə-hissə çıxara biliblər.

Bu barədə “Facebook”da tibb işçiləri briqadasının rəhbəri, kişini xilas edən həkim Skender Telyaku məlumat paylaşıb. 

Mobil telefonu udan 33 yaşlı Priştina xəstəxanasına özü müraciət edib. Bunu hansı məqsədlə etdiyini açıqlamayıb. 

O, vəziyyəti pisləşənə qədər, 4 gün qarnında telefonla gəzib. 

Rentgen kişinin qarnında həqiqətən telefon olduğunu təsdiqləyib. 

Tibb işçiləri endoskop vasitəsilə telefonu hissə-hissə onun qarnından çıxarıblar. 

Əməliyyat uğurlu olub, heç bir ağırlaşma baş verməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2349
avatar

Oxşar yazılar