Bürclər haqqında nə bilməlisən? – Bu xüsusiyyətləri   ilə tanınır
04 aprel 2024 14:26 (UTC +04:00)

Bürclər haqqında nə bilməlisən? – Bu xüsusiyyətləri ilə tanınır

Astrologiyada hər bir bürcün özünəməxsus xarakteri var. Bürc nümayəndələri müəyyən xüsusiyyətləri var ki, onlarla tanınırlar. Bəzilərini tanımaq üçün onlar haqqında bu şeyləri bilmək yaxşı olar. 

Lent.az hər bir bürcü ifadə edən xüsusiyyətləri təqdim edir: 

Qoç - qazanmağı sevir, amma asan qələbələri sevmir

Buğa - işləməyi sevirlər, eyni zamanda yaxşı istirahət etməyi də xoşlayırlar

Əkizlər - istənilən fikri qəbul etməyə hazırdırlar. Ancaq öz şəxsi düşüncələrini sübut etmək üçün də hər kəslə mübarizə etməyə də qadirdilər. 

Xərçəng - həssas və hətta çox həssasdırlar. Ancaq bir çox problemə tab gətirə bilirlər. 

Şir - özlərini çox sevir və bağlıdırlar. Amma onlar başqalarına dəstək olmağı daha çox sevirlər. 

Qız bürcü - təmkinli insanlardırvə tənqid etməyi sevirlər. Ancaq güvəndikləri və sevdikləri varsa, onlarla çox səmimi olurlar. 

Tərəzi - yalana dözə bilmir, amma başqalarını rahat hiss etməsi üçün uzun müddət maska arxasında gizlənə bilirlər.

Əqrəb - bəzən qəddar görünürlər, amma əslində çox həssasdırlar və emosional yaralardan qorxurlar.

Oxatan - birlikdə işləməyi sevirlər, amma insanlar onlarla ayaqlaşa bilməyəndə çox əsəbiləşirlər. 

Oğlaq - başqa insanlardan yüksək gözləntilərə sahibdirlər, ancaq özlərindən daha çox şey tələb edilməsindən xoşlanmırlar. 

Dolça - istifadə etmək niyyəti olmasa belə, azadlığı sevirlər və hər daim onun arxasıyca gedirlər. 

Balıq – çox həssasdırlar. Ancaq böyük ürəkləri var. Onlara edilən ən böyük günahları belə bağışlamağı bacarırlar.
 

# 3888
avatar

Sevinc Fərid

Oxşar yazılar