Bu şəhərdə qadınlar hovuzdan sinəsi açıq istifadə edə bilər
01 may 2022 03:46 (UTC +04:00)

Bu şəhərdə qadınlar hovuzdan sinəsi açıq istifadə edə bilər

0

Almaniyanın Aşağı Saksoniya əyalətinin Höttingen şəhərində maraqlı qərar qəbul edilib.

Lent.az-ın xəbərinə görə, 120 min əhalisi olan şəhərdə qadınlar hovuzda sinələrini örtmədən çimə bilərlər. Başqa sözlə, bikini əvəzinə, monokini geyinərək çimmək mümkündür.

Bələdiyyənin qərarına keçən il açıq geyinmiş bir qadının hovuza buraxılmaması səbəb olub.

Yeni qərar mayın 1-dən avqustun 31-dək qüvvədə olacaq. Üzgüçülük dərslərinə mane olmamaq üçün yarıçılpaq çimməyə yalnız həftə sonları icazə veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4096

Oxşar yazılar