Londonda “MacDougall's” hərracında II Yekaterinanın məktubu 951 min funt sterlinqə (təxminən 2 milyon 145 min manat) satılıb.
Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Yekaterinanın məktubunda çiçək xəstəliyindən necə peyvənd olunmağın yolları göstərilib.
Bu məktub 1786-cı ildə Pyotr Rumyantsevə göndərilib.
Qeyd edək ki, həmin vaxtlarda Kiyevdə bu xəstəlik geniş yayılıbmış.