Bu “əti”  şüşə qablarda yetişdirirlər
12 avqust 2024 19:26 (UTC +04:00)

Bu “əti” şüşə qablarda yetişdirirlər

Yəqin sirkə anası barədə çox az adamın xəbəri var.

Lent.az  sirkə anası barədə maraqlı məlumat təqdim edir. Evdə təbii üsulla sirkə hazırlayarkən sirkə küplərinin üzərinə yığımış bərk maddəyə sirkə anası deyilir. O sirkə üçün maya rolunu oynayır. Sirkə anası hazırlanmasında noxud, bal, buğdadan istifadə olunur. Bizlər bu barədə məlumatlı olmasaq da, Çin, Yaponiya kimi ölkələrdə sirkə anası çox bahalı delikates sayılır.

Sirkə anasını yemək üçün onu adəcə su ilə yaxalamaq kifayətdir.

Qan şəkərini tənzimləməyə kömək edən sirkə anası insulin müqavimətinin qarşısını alır. Qidalarla birlikdə istehlak edildikdə onların glisemik indeksini aşağı salaraq qanda şəkərin qəfil artmasının qarşısını alır.
Sirkə anasına hindistan cevizi, aloe vera geli, zeytun yağı və E vitamini kapsulu əlavə edilərək evdə hazırlanmış dəri kremi də hazırlana bilər.

 Xroniki dəri xəstəliyi olan və daim təkrarlanan sedef xəstəliyinin müalicəsində sirkə anasından istifadəsi faydalı ola bilər.  Həzm sisteminin nizamlı işləməsinə kömək edən sirkə, xolesterinin bağırsaqlardan sorulmasının qarşısını alaraq xolesterolu azaltmağa kömək edir.

Zəngin fol turşusu, dəmir və B12 mənbəyidir və anemiyanın müalicəsinə kömək edir.
Sirkə ilə müntəzəm qarqara ağız qoxusunu aradan qaldırmağa və diş sağlamlığını qorumağa kömək edir.
Yerkökü ilə birlikdə göz və göz ətrafındakı iltihabların müalicəsində təsirli rol oynayır.

Həşərat sancmalarında və zəhərlənmələrində zəhərin təsirini azaltmaqda mühüm amildir. Həşərat dişləməsinin yerləşdiyi yerə sirkə və ya sirkə anası sürtmək zəhərin təsirini azaltmağa kömək edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5727
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar