Beyləqanda Stalin dövründə baş verən təyyarə qəzasının TARİXÇƏSİ 
16 iyul 2022 06:20 (UTC +04:00)

Beyləqanda Stalin dövründə baş verən təyyarə qəzasının TARİXÇƏSİ 

0

LENT.AZ AZƏRBAYCANLA BAĞLI TƏYYARƏ QƏZALARI SERİYASINDAN 19-CU YAZINI TƏQDİM EDİR.

Tarix: 23 may 1948.

Lent.az-ın sovet arxivlərindən əldə etdiyi məlumata görə, 18  may 1948-ci ildə 211-ci aviadəstənin pilotu “По-2А” tipli təyyarə ilə çəyirtkə ilə mübarizə üçün Jdanov (indiki Beyləqan) rayonuna gəlir. Bir neçə gün əvvəl isə aerodroma 4ədəd “АП” təyyarəsindən ibarət heyət də gəlmişdi. Bütün heyətə 1 nəfər komandirlik edirdi.

“По-2А” təyyarəsinin pilotu mayın 23-də dərmanlama üçün Beyləqan aerodromundan qalxaraq 7 km kənardakı işçi aerodroma gəlir. İş bitəndən sonra o, istirahət və axşam uçuşuna hazırlıq üçün əsas aerodroma qayıdır.

Axşam uçuşu vaxtı komandirin yoxluğundan (yanacaq gətirmək üçün başqa yerə getmişdi) istifadə edən pilot arxa kabinəyə aviatexniki və 1 yerli sakini gəzmək üçün mindirir. Salonda 2 sərnişinin olması, yanacağın azlığı və kimyəvi maddə çəninin boş olması təyyarənin balansını pozur.

70 metr yüksəyə qalxan pilot kəskin manevr edərək işçi aerodroma yönəlir. Yolüstü sahəyə baxmaq üçün pilot təyyarəni 7 metrədək aşağı endirir, sonra 50 metrədək yüksəklik yığır. İşçi aerodroma enməyə hazırlaşan pilot təyyarəni 45 dərəcə döndərir. Belə böyük əyilmə təyyarənin tarazlığını pozur və yerə çırpılaraq alışır. Aviatexnik və kəndli yanan təyyarədən çıxa bilsələr də, bu xoşbəxtlik pilota müəssər olmur. O, məsuliyyətsizliyinin cəzasını yanaraq həyata vida etməklə ödəyir.

Təhqiqat komissiyasının rəyinə görə, qəzaya pilotun uçuş normalarını kobud şəkildə pozmassı səbəb olub. Əlavə sərnişinlərə görə təyyarənin balansı pozulub və idarəetmə çətinləşib.

Şəxsi heyətlə lazımi tərbiyəvi iş aparmayan komandirə töhmət verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2343

Oxşar yazılar