Ayda dəmir yolu   çəkiləcək – Buna səbəb nədir?
28 mart 2024 12:20 (UTC +04:00)

Ayda dəmir yolu çəkiləcək – Buna səbəb nədir?

Amerika şirkəti olan “Northrop Grumman” Ayda insanları, ləvazimatları və resursları daşıyacaq dəmir yolu tikintisi üçün müqavilə imzalayıb.

Lent.az xəbər verir ki, Nasa ilə bağlanan müqaviləyə görə, konsepsiyanın ilk işlənmələrinin bu ilin yayında təqdim ediləcəyi, tikintiyə isə növbəti onilliyin birinci yarısında başlanması planlaşdırılır.

Ayda dəmir yolunun yaradılmasının əsas məqsədi insanların, təchizatların və resursların daşınmasını təmin etməkdir. Bu da elmi tədqiqatları və Ay təsərrüfatının inkişafını əhəmiyyətli dərəcədə sadələşdirəcək. ABŞ Müdafiə üzrə Qabaqcıl Tədqiqat Layihələri Agentliyi (DARPA) bir ildən çoxdur ki, bu layihə üçün başlanğıc nöqtəsi kimi xidmət edən Ay arxitekturasının imkanlarını araşdırır.

Aydakı dəmir yolları təkcə logistika deyil, həm də strateji əhəmiyyətə malikdir. Onlar təhlükəli Ay tozu ilə təması azaldacaq, onun avadanlıqlara və xidmət müddətinə təsirini əhəmiyyətli dərəcədə azaldacaq. Bundan əlavə, təkərli və ya tırtıllı nəqliyyat vasitələri əvəzinə dəmir yolu nəqliyyatından istifadə Ayın səthinin zədələnməsinin qarşısını alacaq, onu gələcək kəşfiyyatlar üçün uyğun vəziyyətdə saxlayacaq.
 

# 2655
avatar

Sevinc Fərid

Oxşar yazılar