Ayasofiyada çılpaq poz verən məşhur model həbs olunur? - FOTO
22 yanvar 2021 11:07 (UTC +04:00)

Ayasofiyada çılpaq poz verən məşhur model həbs olunur? - FOTO

Belçikalı model Marisa Papen iki il bundan öncə Ayasofiya məbədində çılpaq poz verdiyi üçün üzr istəyib.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, model sosial media hesabından “insanları incitdiyim üçün üzr istəyirəm”, deyə paylaşım edib.

Ayasofiyadan başqa Marisa Papen Türkiyənin Kapadokya vilayətində də oxşar pozlar vermişdi. Hələ o zaman bu fotoları insanlar tərəfindən böyük qınağa səbəb olmuşdu. Model açıqlamasında bunu eynək firmasının reklamı üçün etdiyini bildirib.

Türkiyə rəsmiləri tərəfindən Misir və Qüdsdə oxşar fotolar çəkdirən Marisa Papen haqqında istintaq araşdırmasına başladılıb.

Qeyd edək ki, istintaq başa çatdıqdan sonra 2020-ci ilin dekabrında Papenə qarşı 3 fərqli cinayətə görə 7 ilə qədər həbs cəzası tələb edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5613
avatar

Oxşar yazılar