“Adi  sadə insan kimi   yaşamağa çalışıram” - Messi 
03 fevral 2023 13:39 (UTC +04:00)

“Adi sadə insan kimi yaşamağa çalışıram” - Messi 

PSJ və Argentina yığmasının hücumçusu Lionel Messi populyarlığından və "adi insan" kimi yaşamaq istəyindən danışıb.

“Mən indi dünyanın “1 nömrəli personajı” olduğum faktı ilə necə yaşayıram? Mən həmişə “normal” olmağa çalışmışam”, - Lent.az xarici mediaya istinadla bildirir ki, Messi vurğulayıb. 

Onun fikrincə, adi insan kimi yaşamaq, həyatda, ailədə, övladlarınızda xırda şeylərdən həzz almağı bacarmaq lazımdır. 

“Məşhur olmaq, tanınmaq xatirinə heç nə etməyə cəhd etməmişəm. Həmişə özüm olmağa və normal yaşamağa çalışmışam. Bəli, onlar məni tanıyırlar, avtoqraf, foto istəyə bilərlər, amma mən həmişə sadə və adi bir insan kimi yaşamağa çalışıram”, – Messi deyib.

# 1497
avatar

Oxşar yazılar