44 yaşlı qadın 17-ci övladını DÜNYAYA GƏTİRDİ
05 dekabr 2023 13:26 (UTC +04:00)

44 yaşlı qadın 17-ci övladını DÜNYAYA GƏTİRDİ

Rivne Perinatal Mərkəzində qadın 17-ci övladını dünyaya gətirib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, indiyə qədər ailədə artıq səkkiz oğlan və səkkiz qız böyüyürdü.

Amma ötən gün qadın daha bir oğlan övladı dünyaya gətirib. Müəssisənin məlumatına görə, səkkiz oğlan və səkkiz qızdan ibarət ailədə doqquzuncu oğlan dünyaya gəlib.

Tibb müəssisəsinin baş həkimi Viktoriya Enikeevanın sözlərinə görə, qadın oğlunu təbii yolla həyata gətirib. İndi onunla və yeni doğulmuş körpə ilə bağlı hər şey yaxşıdır. Körpə dekabrın 3-də bazar günü dünyaya gəlib.

Viktoriya Enikeevanın bildirib ki, körpənin çəkisi 3 kq 960 qram, boyu 55 sm, anası Rivne rayonunun sakinidir, 44 yaşındadır. Hamiləliyi yaxşı gedirdi, bu qadının rayon perinatal mərkəzində dünyaya gətirdiyi doqquzuncu uşaqdır. Digər uşaqları başqa məkanlarda dünyaya gətirib. 

Bu, hələ Rivne bölgəsi üçün rekord deyil. Bu ilin fevralında həmin perinatal mərkəzdə 43 yaşlı qadın 18-ci övladını dünyaya gətirib və jurnalistlərə etiraf edib ki, yenidən doğuşa hazırdır.

# 3423
avatar

Fidan İlqar

Oxşar yazılar