Fransız üzgüçü Marion Joflun Şimal qütbündə üzmək arzusu reallaşsa da, rekord arzusu gözündə qalıb.
Lent.az-ın xəbərinə görə, gənc xanım havanın temperaturu -17 dərəcə olduğu vaxtda 1609 metr üzərək rekorda imza atmaq istəyib.
İlk 1 km-də hər şey qaydasında getsə də sonradan qızın bədəni soyumağa başlayıb. Hipotermiya nəticəsində onun hərəkəti çətinləşib və 1550 metrdə sudan çıxıb. Yəni, rekord üçün cəmi 59 metr qalıb.
Sudan çıxan idmançının bədən temperaturu 33 dərəcə olub. Ona yardım edildikdən sonra özünü yaxşı hiss edir.