1600 illik kəllə sümüyü  heyrət doğurdu – Zümrüddən dişi  var
17 oktyabr 2024 13:45 (UTC +04:00)

1600 illik kəllə sümüyü heyrət doğurdu – Zümrüddən dişi var

Meksikanın qədim Teotihuakan xarabalıqları yaxınlığında tapılmış, dişləri mineral daşlarla örtülmüş qadın kəlləsi arxeoloqları təəccübləndirib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, kəllə sümüyünün 1600 “yaşı” var.

Qadın öləndə 35-40 yaş aralığında olub və 19 küplə birlikdə dəfn edilib

Teotihuakanda tapılan kəlləni fərqləndirən ən önəmli xüsusiyyət, üst ön dişlərinin arasına yerləşdirilmiş iki yumru pirit daşıdır,

Meksikanın cənubunda və Mərkəzi Amerikanın Maya bölgələrində istifadə olunan bir texnika ilə insanlar dişlərinə estetik görkəm verir, bəzək vururdular. Kəllənin alt çənəsində isə işlənməmiş zümrüd daşından hazırlanmış protez diş var. Deformasiyaya uğramış qeyri-adi dərəcədə uzun kəlləyə yadplanetli adı verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2547
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar