105 yaşlı Nuri Uysal
24 dekabr 2020 11:51 (UTC +04:00)

105 yaşlı Nuri Uysal

105 yaşlı kişi əvvəlcə xərçəngə, sonra koronavirusa qalib gəldi

Domaniç səmtində yaşayan və əvvəllər xərçəngdən müalicə alan 105 yaşlı Nuri Uysal, 10 gündə koronavirusu məğlub edərək sağlamlığına qovuşub.

Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, vaxtını Kütahyanın Domaniç mahalında, nəvələrinin idarə etdiyi bir geyim mağazasında keçirən Nuri Uysal, bel ağrısı şikayəti ilə xəstəxanaya aparılıb. Xəstəxanada koronavirus testi müsbət çıxan Uysalda başqa əlamətlər olmadığı üçün evdə karantinə alınır ​​və dərmanlarla müalicəsi aparılır. Yaşlanmasına və xroniki xəstəliklərinə baxmayaraq, 10 gündə koronavirusa qalib gələn Uysal, maskasız çölə çıxmadığını və sosial məsafəyə diqqət yetirdiyini deyib:

“Koronavirus adlı bir xəstəlik var ha, hə, bax mən ona yoluxmuşdum. Ətrafımızda hər kəs koronavirus xəstəliyinə tutulurdu və mən də tutulacağımdan qorxurdum. Mağazaya gəlib-gedənlərə baxarkən “görəsən, mən də tutularam?” deyə düşünürdüm. Heç gözləmədiyim bir vaxtda koronavirusa tutuldum. Bir gün belim ağrıyırdı. Uşaqlarla birlikdə xəstəxanaya getdik. Xəstə olduğumu öyrəndik. Evdə məni karantinə aldılar. Çox maraqlandılar, qayğıma qaldılar. Bütün xəstəliklərə qalib gəldiyim üçün bunun öhdəsindən də gəldim. 10 günə ayağa qalxdım. Hər kəs bu xəstəliyi asanlıqla aşa bilməz. Maska, məsafə və təmizlik qaydalarına diqqət yetirək. Sağ qaldım. Şükür Allaha".

Nəvəsi Hamit Uysal babasının bu yaxınlarda yoğun bağırsaq xərçəngindən müalicə aldığını və sağaldığını bildirib.

“Təzəcə xəstəlikdən sağaldığına görə koronavirusa tutulması bizi çox qorxutdu. 105 yaşlı babamın çox təcrübəsi var və bizim ondan öyrənəcəklərimiz çoxdur. Babam çox sayda əməliyyat keçirib. Rayonun ilk ticarət adamlarından birinin "koronavirusa dözməyəcəyini" düşünürdük. Xoşbəxtlikdən 10 günə ayağa qalxdı. İllər əvvəl açdığı mağazaya gəlir, bizi yoxlayır və kömək edir. Özünə yaxşı baxır.

Babasının sağlamlıq formulunu açıqlayan Uysal deyib:

“Çox gəzir, gündə 2 dəfə yemək yeyir. Axşam saat 18:00-dan sonra yemək və içməyi dayandırır. Qatıq, qoz və həqiqi zeytun yağını əskik etmir. Bilirsiniz, “işləyən dəmir paslanmaz” deyirlər, ən bariz nümunəsi babamdır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2259
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar