100 illik qəzetin  proqnozlarından   bəziləri gerçəkləşdi - MARAQLI DETALLAR
16 aprel 2024 17:43 (UTC +04:00)

100 illik qəzetin proqnozlarından bəziləri gerçəkləşdi - MARAQLI DETALLAR

1924-cü ildə qəzetlər dünyanın 100 ildən sonra necə olacağı ilə bağlı bir sıra maraqlı ssenarilər irəli sürüblər. O dövrdə belə proqnozlar vermək dəb idi və təəccüblüdür ki, onlardan bəziləri kifayət qədər doğru çıxıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Kalqari Universitetinin tədqiqatçısı Paul Fairey bu proqnozların bir neçəsini təhlil edib.

Şəhər həyatının gələcəyi ilə bağlı kifayət qədər dəqiq təsvir edilən proqnozlar xüsusilə etibarlı olub. Proqnozların gerçəkləşdiyi siyahıya aşağıdakılar daxildir: "şəhərin mərkəzindəki sürətli yollarda hərəkət edən avtomobillər", "daim sıx səkilər" və "avtomobillərin sayında sonsuz artım". Maşınların sayının kəskin artmasını atların yoxa çıxmasına səbəb olacağı ilə də proqnozlaşdırılırdı.

Digər proqnozlar 1924-cü ildə radionun böyük uğur qazanmayacağını bildirirdi. Proqnozlardan biri belə idi: “Amerikalılar radiolara güləcəklər”.

Digər proqnozlar 100 yaşa qədər yaşayan insanları əhatə edirdi və bu, mütləq qayda olmasa da, bu günlərdə daha çox yayılıb. Çoxmənzilli binaların 100 mərtəbəli olacağı da deyilirdi - bu doğrudur. Amma “kino dünyaya sülh gətirəcək” proqnozu hələ də özünü doğrultmayıb.

# 1320
avatar

Fidan İlqar

Oxşar yazılar