“Zəlzələdə  panikaya   düşdüm” - Emma Ələkbərzadə
08 dekabr 2023 12:02 (UTC +04:00)

“Zəlzələdə panikaya düşdüm” - Emma Ələkbərzadə

 “Zəlzələ zamanı şəhərdə gəzirdim. Birdən yer ayağımın altından əsməyə başladı. Elə bildim ki, qan şəkərim düşüb və panikaya düşdüm. Telefonumda oğlumun valideyn qrupunun mesajını gördüm. O zaman panikaya düşdüm. Qaça-qaça övladım Davidin təhsil aldığı 23 saylı məktəbə getdim.

 Lent.az-ın xəbərinə görə, bu fikirləri Əməkdar artist Elmira Ələkbərzadə (Emma) sosial şəbəkə hesabında paylaşıb.
Sənətçi bildirib ki, zəlzələ anı oğlu David məktəbdə, özü isə küçədə olub: 

”Qaça-qaça övladım Davidin təhsil aldığı 23 saylı məktəbə getdim. Orada direktordan tutmuş müəllimlərə qədər panika və qorxu yaratmadan ibtidai sinif şagirdlərini məktəbin həyətinə çıxarmışdılar. Böyük sinif şagirdləri zəlzələnin olduğunu təbii ki, anlamışdılar.

Məktəbdə basabas və panika yaşanmadı. Mən və başqa valideynlər də gedib öz övladlarını məktəbdən götürdük. Şagirdlər sonradan zəlzələnin olduğunu bilib, oğlum David qarışıq başladılar ağlamağa. Hamımız çalışdıq, uşaqlarımızı sakitləşdirməyə. Sosial şəbəkələrdə məktəblərdə çəkilmiş və panika olan videolara rast gəldim. Bu da normaldır. Çünki hər bir insan öz həyatını fikirləşir. Bizim üçün ən vacib uşaqlarımızın həyatıdır. Şükürlər olsun ki, hər kəs salamatdır. Allah hamımızı fəlakətlərdən qorusun. Bir də belə bir hallarla rastlaşmayaq. Özünüzü və ailənizi qoruyun”,- deyə o yazıb.

“Noyabr və dekabr aylarında müşahidə edilən anomal isti hava ilə bağlı deyirdim ki, bu, normal hal deyil. Çox insan isə mənə gülüb deyirdi ki, sənin istiyə dözümün yoxdur. Ona görə belə sözlər deyirsən. Amma mən deyirdim ki, bu istilərin axırı zəlzələ ilə nəticələnəcək. Payızda payız, qışda isə qış havası olmalıdır. Bir daha deyirəm, keçmiş olsun”. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4767
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar