Əməkdar artist Zöhrə Abdullayeva
16 mart 2021 09:04 (UTC +04:00)

Əməkdar artist Zöhrə Abdullayeva

Yataq xəstəsi olan Zöhrə Abdullayeva xəstəxanada - FOTO

Yataq xəstəsi olan Əməkdar artist Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirilib. Lent.az-ın məlumatına görə, bu barədə aparıcı Hacı Nuran sosial şəbəkədə yazıb. O bildirib ki, bu gün səhər saatlarında müğənninin müalicəsinə başlanılıb.

 

Xatırladaq ki, müğənni bir neçə gün öncə açıqlamasında bu sözləri demişdi: "Heç nə yemək istəmirəm. Dərman atdıqca, iştaham gedir. Yayda mənə bir həkim dərmanlar yazmışdı, onları qəbul etdikcə, mədəm yanırdı. Balamdan sonra bu günlərə qaldım. Görün özümü nə günə qoydum. Kök hüceyrə köçürmə dedilər, amma yox, revmatizmam var. O, müalicə olunmalıdır. Həkim dedi ki, çox gecikdirmişəm. Xəstəliyin son həddindəyəm. Məni yeməmək yıxır".

 

Qeyd edək ki, Z.Abdullayeva uzun müddətdir revmatizmadan əziyyət çəkir. Xəstəliyi ağırlaşan müğənni yeriməkdə çətinlik çəkir. O, 30 kiloqram arıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10329
avatar

Yalçın UĞUR

Oxşar yazılar