Xoşqədəm görün Zaur barədə  NƏLƏR DEDİ?
23 noyabr 2021 14:07 (UTC +04:00)

Xoşqədəm görün Zaur barədə NƏLƏR DEDİ?

Aparıcı Xoşqədəm Hidayətqızı illərdir küsülü olduğu həmkarı Zaur Baxşəliyev barədə danışıb.

Lent.az-ın məlumatına görə, aparıcı "Səni axtarıram" verilişində Zaur barədə bu sözləri deyib:

"İnsanın çətin günü olanda onun yanına gələn çox olar. Dost da, düşmən də sənin yanındadır. Amma xoş günündə gəlib, uğuruna sevinirsə, əsl dost odur. Bir insanın xoşbəxt, uğurlu anını həzm etmək hər ürək sahibinin işi deyil. Məni müdafiə edib, efirdə yoxluğumu qəbul etməyən insanlar oldu.

ATV-də çalışan Zaura (aparıcı Zaur Baxşəliyev - red.) təşəkkür edirəm, dediyi fikirlərin səmimiyyətinə inanıram. Onun "Olmalısan, getmə, gəl" kimi gözəl fikirlərinə inanıram. Yoxluğumu qəbul etmirdi".

Qeyd edək ki, Xoşqədəmdən öncə Zaur öz verilişində qarşı tərəfə barışıq jesti etmişdi. 

# 36201
avatar

Yalçın UĞUR

Oxşar yazılar