Zaur Baxşəliyev bu verilişin aparıcısı olacaq
16 dekabr 2013 10:50 (UTC +04:00)

Zaur Baxşəliyev bu verilişin aparıcısı olacaq

 

 

Dünyanın 36 ölkəsində “My man can” (Mənim yoldaşım bacarar) adıyla ekrana gələn məşhur veriliş bundan sonra Azərbaycanda da yayımlanacaq. Lent.az-ın məlumatına görə, Türkiyənin “Reng Medya” şirkəti həmin ekran işini “Məni yarımdan soruş” adı ilə ölkəmizdə təqdim etmək niyyətindədir.

”ATV”-də yayımlanacaq verilişin yaradıcı heyəti də Türkiyədən gətiriləcək. Verilişin aparıcısı isə  Zaur Baxşəliyev olacaq. Proqramın formatına uyğun olaraq, iştirakçılara bir çox hədiyyələrlə yanaşı, əsas qalibə avtomobil də veriləcək. Verilişdə iştirak etmək istəyənlər www.meniyarimdansorus.com linkinə daxil olub, qeydiyyatdan keçə bilərlər. Hazırlıq işləri tamamlanan layihə yaxın günlərdə yayıma başlayacaq.

Qeyd edək ki, verilişin Türkiyədəki formatı "Yaparım bilirsin" adıyla efirə gedib.

 

 

# 4704
avatar

Yalçın UĞUR

Oxşar yazılar