Müğənni Vasif Məhərrəmli ikinci dəfə ata olmağa hazırlaşır.
Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda “ATV maqazin” verilişinə açıqlamasında deyib. O, ikinci övladının cinsiyyətinin bəlli olduğunu da söyləyib:“İkinci dəfə ata olacam. Bu dəfə oğlum dünyaya gələcək”.
Qeyd edək ki, V.Məhərrəmli ötən il ikinci dəfə ailə həyatı qurub. Onun ilk evliliyindən Əfşan adlı bir qızı var.