Ulvira Qarayeva yenidən efirə qayıdır
19 avqust 2013 14:41 (UTC +04:00)

Ulvira Qarayeva yenidən efirə qayıdır

Bir müddət əvvəl ANS-dən çıxarıldığı bildirilən aparıcı Ulvira Qarayeva yeni layihəyə başlayır. Bu barədə Mövqe.az-a o özü məlumat verib. Ulvira Qarayeva sentyabrdan efirdə görünəcəyini deyib. Amma bəzi məqamları gizli saxlamağı üstün tutub: "Kanalların birində yeni bir layihə ilə tamaşaçıların görüşünə gələcəm. Əslində həmin verilişin hazırlıq işləri çoxdan başlanılıb. Sosial yönümlü veriliş olacaq. Yaxın 3-4 günə anonslar yayımlanacaq. Sentyabrdan isə verilişə start veriləcək. Hələlik telekanalın və verilişin adını açıqlamıram”. Ülvira Qarayeva hamını, xüsusilə də onu sevənləri səbirli olmağa çağırıb: Demək istəyirəm ki, səbirli olun, möhtəşəm layihə ilə gəlirəm. Çox az qaldı”. 


 

# 2978
avatar

Oxşar yazılar