Türkiyənin daha bir tanınmışı Bakıda biznes qurdu
14 dekabr 2013 16:23 (UTC +04:00)

Türkiyənin daha bir tanınmışı Bakıda biznes qurdu

Türkiyədə moda sahəsində tanınmış olan Tarik Ediz bu gün paytaxtımızda geyim dükanı açıb. Lent.az-ın məlumatına görə,   T.Ediz açılışa özü ilə birgə tanınmış model Simgə Tərtəmizi də gətirib.

Açılış barədə ilk olaraq Simge təəssüratlarını Lent.az-la bölüşüb: “Bakıda olmaqdan məmnunam. Çox arzulayırdım ki, Bakıya gəlim. İlk fürsətdəcə Bakıya gəldiyim üçün şadam. Ölkəniz barədə daim xoş sözlər eşitsəm də, bunun şahidi olmamışdım. Şahidi olandan sonra, deyilənlərin doğruluğuna inandım. Buranı gəzmək imkanım da olacaq. Bakıdan Türkiyəyə xoş təəssüratlarla qayıdacam. Çox mehriban, qonaqpərvəzrsiniz”.

 

Sonra özünə yeni biznes qurmuş T.Ediz də fikirlərini bildirib: “Simgenin dediklərinə mən də qoşuluram. Əlavə onu deyə bilərəm ki, nəhayət ki, moda sahəsində yeni addım atdım. Bakıda da biznesim qurdum. Düşünürəm ki, uğurlu olacaq. Azərbaycan xanımları çox gözəldir. Məhz bu geyimləri də sırf onlar üçün hazırlamışıq, gəlib, seçim edə bilərlər”.

 

Qeyd edək ki, aparıcılığını Zabir Əliyev və Aynurə Əliyevanın etdiyi gecəyə "UC-Kuduk" özbək qrupunun solisti Ziyad İşanxocayev,  əməkdar artist Elza Seyidcahan, müğənni Roza Zərgərli,  Günay İbrahimli, Lamiyə Novruzova, qarmon ifaçıları Gülbahar Şükürlü, Gövhər Rzayeva, prodüser Təranə Səmədova və digər sənətçilər qatılmışdı.

 

 

# 3235
avatar

Yalçın UĞUR

Oxşar yazılar