Bakıda qonaq olan türk müğənnisi Tarık Mengüç paytaxtımıza gəlməsindən söz açıb. Müğənni Lent.az-a bildirib ki, o, Azərbaycana Kikboksinq Federasiyası və Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan “Beynəlxalq Kikboksinq” turnirində iştirak etmək üçün gəlib: “Azərbaycana ilk səfərimdir. Buranı çox sevdim. Bakının gecələrini, işıqlarını çox bəyəndim. Ötən gün baş tutan konsertdə hiss elədim ki, Azərbaycan gəncləri nədənsə çox sakitdir. Çılğın deyil. Türkiyə gəncləri daha çılğındır. Azərbaycan ifaçılarının səslərini çox sevirəm. Amma yalnız bir ifaçı tanıyıram. O, da Azəri Güneldir. Günel mənim yaxın dostlarımdan biridir. Xətrini çox istəyirəm”.

Oxşar yazılar

Məşhur aktyor niyə özündən 20-30 yaş kiçik xanımlarla birlikdə olur?
18 avqust 2025 , 09:41
Ronaldo toydan əvvəl hədiyyələrə nə qədər xərcləyib?
15 avqust 2025 , 16:14
Məşhurlar qucaqlaşıb foto paylaşdılar
15 avqust 2025 , 15:01
Müğənninin ölümünün 35-ci ildönümündə ŞOK: qəbri üstündə pivə içdilər
15 avqust 2025 , 12:34
Milyoner ana usaqlarını özəl təyyarə ilə gəzdirir - FOTOLAR
15 avqust 2025 , 11:51
Sinem Kobal 38 yaşında gənc qız kimi göründü - FOTOLAR
15 avqust 2025 , 11:07
Alla Puqaçova Rusiya vətəndaşlığından imtina etdi
14 avqust 2025 , 23:08