Rusiya İran PUA-ları ilə SOCAR-ın  Odessadakı neft bazasını vurdu - VİDEO  - YENİLƏNİB
18 avqust 2025 10:47 (UTC +04:00)

Rusiya İran PUA-ları ilə SOCAR-ın Odessadakı neft bazasını vurdu - VİDEO - YENİLƏNİB

Avqustun 18-nə keçən gecə SOCAR-a məxsus Odessa vilayətindəki neft bazası “Şahed” tipli PUA-ların silsilə hücumuna məruz qalıb.

Lent.az xəbər verir ki, bir neçə birbaşa zərbədən sonra ərazidə yanğın baş verib.

Nəticədə 17 ədəd yanacaq çəni, nasosxana binası, operator və texniki otaqlar, eləcə də çəki məntəqələri zədələnib, ərazinin hasarı dağıdılıb.

Neft bazasının ümumi tutumu 16 min kubmetrdən çoxdur.

Hazırda dəymiş ziyanın miqdarı müəyyən edilir, ekspertiza təyin olunub və təcili bərpa işləri aparılır.

***

saat 10:34

Avqustun 18-nə keçən gecə SOCAR-a məxsus Odessa vilayətindəki neft bazası “Şahed” tipli PUA-ların silsilə hücumuna məruz qalıb.

Lent.az xəbər verir ki, bir neçə birbaşa zərbədən sonra ərazidə yanğın baş verib.

Nəticədə 17 ədəd yanacaq çəni, nasosxana binası, operator və texniki otaqlar, eləcə də çəki məntəqələri zədələnib, ərazinin hasarı dağıdılıb. Neft bazasının ümumi tutumu 16 min kubmetrdən çoxdur.

Hazırda dəymiş ziyanın miqdarı müəyyən edilir, ekspertiza təyin olunub və təcili bərpa işləri aparılır.

Bu, obyektə ikinci kütləvi hücumdur. Avqustun 8-də də həmin neft bazasına təxminən 10 PUA buraxılmış, nəticədə qismən dağıntılar baş vermişdi. Faktla bağlı cinayət işi açılıb.

 

***

09:50

Ötən gecə Rusiya Silahlı Qüvvələri Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub.

Lent.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Məlumatda Rusiyanın “Şahed” PUA-lıarı vasitəsilə SOCAR-ın Odessada yerləşən terminalına hücum etdiyi bildirilib.

Qeyd edək ki, Rusiya 8-də SOCAR-ın Odessa vilayətindəki neft bazasına hücum etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1028

Oxşar yazılar