Bu gün əməkdar artist Tünzalə Ağayevanın 37 yaşı tamam olur. Lent. az-ın məlumatına görə, 1976-cı il oktyabrın 21-də Tovuzda doğulan müğənni ilk olaraq Gəncə şəhərində H. Hüseynli adına musiqi məktəbini bitirib. Məktəbi bitirəndən sonra bir neçə il Tovuz rayonunda musiqi müəlliməsi kimi fəaliyyət göstərib. Daha sonra 2001-ci ildə "Bakı payızı" müsabiqəsinə qatılıb və qalib gəlib. Elə həmin ildən bəri də professional fəaliyyətlə başlayıb. “Bir də baxım bu dünyaya”, “Birdə baxım”, “Sevdi can səni”, “Sevgi var”, “Sən varsan”, “İgidlər”, “İllərə yalvardım”, “İlk məhəbbət məktubu” və başqa bu kimi sevilən mahnıların müəllifidir.
Xatırladaq ki, T. Ağayevanın rejissor Rəhman bəylə evliliyindən bir qızı var.