Ötən gün bir qrup tanınmış müğənni Müdafiə, Mədəniyyət və Turizm nazirliklərinin xətti ilə Füzuli rayonunun Horadiz qəsəbəsində yerləşən hərbi hissəyə olub. Lent.az xəbər verir ki, məşhurlar əsgərlərə dəstək olmaq üçün konsert proqramı ilə çıxış ediblər. Konsertdə müğənnilərdən Nadir Qafarzadə, Ayaz Qasımov, Kərim Abasov, Rahidə Baxışova, Zemfira İbrahimova, Yaşar Yusub, rəqqasə Fatimə Fətəliyeva, Sevil Səfərova, Rəqsanə İsmayılova və prodüser Tolik iştirak edib.
Konsertlə bağlı Rəqsanə təəssüratlarını bölüşüb: " Vətənin keşiyində dayanan, bizi canı bahasına qoruyan oğullarımıza dəstək olmaq hər birimizin vətəndaşlıq borcudur. Tək sənətçi kimi yox, bir ana, bacı kimi onların yanında olmalıyıq. Tezliklə cəbhə bölgəsində yerləşən digər hərbi hissələrdəki əsgərlərimizin də görüşünə gedəcəyəm. Allah mərd oğullarımızı qorusun, şəhidlərimizə rəhmət eləsin”.