Müğənni Elton Hüseyinəliyev yol qəzası törədib. Lent.az-ın "anspress"ə istinadən məlumatına görə, bu barədə “Salam Azərbaycan”da verilişində deyilib. Hadisə paytaxtın Nəsimi rayonu Ceyhun Hacibəyli və Həsən Əliyev küçələrinin kəsişməsində qeydə alınıb. Müğənni Elton idarəetdiyi BMW markalı minik avtomobili ilə dönmə əməliyyatını düzgün yerinə yetirə bilmədiyib, maşını yol kənarındakı səkiyə çırpıb.
Nəticədə maşının ön hissəsi yarasız hala düşüb. Mügənni avtomobilini ərazidə qoyaraq hadisə yerindən uzaqlaşıb.